2025-ci ilin ilk yarısında Azərbaycandan Latviyaya fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 2,113 milyon dollar olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 856 min dollar və ya 68,1% çoxdur.
Hesabat dövründə Azərbaycandan ölkə xaricinə həyata keçirilmiş pul köçürmələrin ümumi həcmində Latviyanın payı 0,9% təşkil edib.
Latviyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələr 3,110 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 579 min dollar və ya 22,9% çoxdur. Xaricdən Azərbaycana köçürmələrin ümumi həcmində Latviyanın payı isə 0,6% təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycan vətəndaşları xarici ölkələrə 238,180 milyon dollar göndərib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon dollar və ya 8,2% azalıb.
Eyni zamanda, xaricdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 533,957 milyon dollar təşkil edib, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 33,847 milyon dollar və ya 6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az