BANK

09 Oktyabr

Azərbaycanda banklar və qeyri-banklar inşaat sektoruna kreditlərini artırıb

Azərbaycanın inşaat və tikinti sektoruna kredit qoyuluşu 1,815 milyard manata çatıb.

Finss.az xəbər verir ki, bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,815 milyard manat təşkil edib.

Göstərici aylıq müqayisədə 27,3 milyon manat və ya 1,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,1 milyon manat və ya 0,4% azalıb.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.

Kredit portfeli aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım göstərib.

Fuad Mədətov
Finss.az