BANK

09 Oktyabr

Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri milli və xarici valyutada artıb

Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 15,461 milyard manata çatıb

Finss.az xəbər verir ki, bu ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,461 milyard manat təşkil edib.

Əmanətlərin həcmi avqustun 1-nə nisbətən 4,5 milyon manat və ya 0,03%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,3 milyard manat və ya 9% artıb.

Sentyabrın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,495 milyard manat, xarici valyuta ilə isə 4,965 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi avqustun 1-i ilə müqayisədə 23,4 milyon manat və ya 0,2%, illik müqayisədə isə 1,1 milyard manat və ya 12% artıb.

Xarici valyuta ilə əmanətlər avqustun 1-nə nisbətən 18,8 milyon manat və ya 0,4% azalaraq 4,965 milyard manat olub, illik müqayisədə isə 151,2 milyon manat və ya 3,1% artım göstərib.

Fuad Mədətov
Finss.az