BANK

09 Oktyabr

Azərbaycanın rezident “MasterCard” kartları ilə tranzaksiyalar artıb, xarici kartlarla əməliyyatlar azalıb

“MasterCard” kartları ilə əməliyyatların həcmi artıb, qeyri-rezident kartlarla əməliyyatlar azalıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, 2025-ci ilin avqust ayının sonuna Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları vasitəsilə 74,5 milyon əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 4,8 milyard manat təşkil edib. Əvvəlki ayla müqayisədə əməliyyatların sayı 15 milyon və ya 25,2%, əməliyyatların həcmi isə 398 milyon manat və ya 9% artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 441 min, ümumi həcmi isə 46 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 73,1 min və ya 0,8%, əməliyyatların həcmi isə 8,2 milyon manat və ya 15% azalıb.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla, qeyri-rezident kartlarla əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.

Fuad Mədətov
Finss.az