BANK

08 Oktyabr

Bank sektorunda kredit portfelinin dollarlaşması tarixi minimuma enib

Bank sektorunda dedollarslaşma trendləri davam edir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk yarısında bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1,5 faiz bəndi azalaraq 14,6%-ə düşüb, bu isə tarixi minimum göstərici sayılır.

Bildirilib ki, depozit portfeli üzrə dollarlaşma artım göstərsə də, bu artım əsasən hüquqi şəxslərin tələbli depozitləri hesabına formalaşıb.

Qeyd olunub ki, 2024-cü ilin sonu ilə müqayisədə depozit portfelində dollarlaşma 3,3 faiz bəndi artaraq 40,8%-ə çatıb.

Fuad Mədətov
Finss.az