BANK

08 Oktyabr

Bank sektorunda ilk yarımildə 56,7 milyon manatlıq kredit silinməsi qeydə alınıb

Bank sektorunda ilk yarımildə 56,7 milyon manatlıq kredit silinməsi qeydə alınıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında bank sektoru üzrə ümumilikdə 56,7 milyon manat məbləğində kredit silinməsi baş verib.

Bildirilib ki, silinmələrin böyük hissəsi istehlak kreditləri üzrə olub:

  • İstehlak portfeli üzrə silinmələr 61,1% (34,61 milyon manat);
  • Biznes portfeli üzrə isə 38,8% (22 milyon manat) təşkil edib. Məlumatda vurğulanıb ki, biznes kreditlərinin cəmi 2,8%-i qeyri-işlək statusundadır.

Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin həcmi 14,9% artaraq 431 milyon manata çatıb, QİK əmsalı isə 0,3 faiz bəndi artaraq 2,8% təşkil edib.

Məlumatda qeyd edilib ki, qeyri-işlək portfelin artımı əsasən tikinti sektoru üzrə olubtəhlillər göstərir ki, biznes portfelində QİK-in artımı fərdi müştərilər hesabına baş verib və sistem xarakteri daşımır.

Fuad Mədətov
Finss.az