BANK

08 Oktyabr

Kredit portfeli nominal qeyri-neft ÜDM-in artım tempini üstələyir

Bank sektorunun kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 28,5 milyard manata çatıb.

Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarımilində kredit portfelinin artım tempi 3,6% təşkil edib. Məlumatda bildirilib ki, son illər kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, illik artım tempi nominal qeyri-neft ÜDM-in (10,8%) artım tempini üstələyir. Sektor üzrə 18 bankın kredit portfeli artıb, 13 bankda isə artım nominal qeyri-neft ÜDM-in artımını ötüb, 7 bankda isə artım 15%-dən yüksək olub.

Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə 2025-ci il 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0,5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilib.

Kredit portfelinin artımı biznes, istehlak və ipoteka portfeli üzrə davam edir. İlin əvvəli ilə müqayisədə:

  • Biznes kreditləri 2,4% (356 milyon manat) artaraq 15,1 milyard manat;
  • İstehlak kreditləri 5,4% (453 milyon manat) artaraq 8,9 milyard manat;
  • İpoteka portfeli 4,3% (185 milyon manat) artaraq 4,4 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az