BANK

08 Oktyabr

Bankların qiymətli kağızlar portfelində artım qeydə alınıb - AMB

2024-cü ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmi 6,2% və ya 584 milyon manat artaraq yüksəlib.

Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat yayıb.

Qeyd olunub ki, ümumi aktivlərdə daha sürətli artım müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17,7%-dən 17,5%-ə düşüb.

Məlumatda bildirilir ki, ABŞ dövlət qiymətli kağızlarına investisiyalar 1,13 milyard manat və ya 80,6% artıb. Eyni zamanda, 2025-ci il ərzində Maliyyə Nazirliyi tərəfindən kütləvi emissiyalarda azalma fonunda son 6 ay ərzində MN-in qiymətli kağızlarına investisiyalar 347 milyon manat və ya 7,8% azalıb.

Fuad Mədətov
Finss.az