2025-ci ilin sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, aylıq müqayisədə 0,9 faiz bəndi artım, illik müqayisədə isə 1 faiz bəndi azalma müşahidə olunub.
Cari ilin sentyabrın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 174,2 faiz bəndi olub, bu da aylıq müqayisədə 1,5 faiz bəndi, illik müqayisədə 1 faiz bəndi çoxdur.
Eyni zamanda, manatın ümumi real effektiv məzənnəsi 114,7 faiz bəndi təşkil edib, aylıq müqayisədə 0,9 faiz bəndi artıb, illik müqayisədə isə 4,1 faiz bəndi azalıb.
Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 111,6 faiz bəndinə bərabər olub, aylıq müqayisədə 0,9 faiz bəndi artıb, illik müqayisədə isə 3,6 faiz bəndi azalıb.
Fuad Mədətov
Finss.az