2025-ci ilin ilk 6 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,406 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,746 milyon dollar və ya 12,9 dəfə artım deməkdir. Hesabat dövründə Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin Finlandiyadan olan payı 0,7% təşkil edib.
Azərbaycan isə cari ilin ilk yarısında Finlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,661 milyon dollar və ya 8,6 dəfə artım deməkdir. Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyaya yatırılan Azərbaycan investisiyalarının payı 0,8% olub.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk yarısında Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,660 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 1,273 milyon dollar təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 3,222 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəlmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351,561 milyon dollar və ya 35,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az