2025-ci ilin birinci yarısında Belarusdan Azərbaycana qoyulan birbaşa xarici investisiyaların həcmi 2,4 milyon ABŞ dolları olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,255 milyon dollar və ya 15 dəfə artım deməkdir. Hesabat dövründə Belarus investisiyalarının Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcminə payı 0,1% təşkil edib.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ilin birinci yarısında Belarusdan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 161 min dollar olub.
Eyni dövrdə 2025-ci ilin ilk altı ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 3,222 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az