BANK

01 Oktyabr

Azərbaycandan Polşaya və Polşadan Azərbaycana pul köçürmələrinin həcmi açıqlanıb

Cari ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya 19,3% azdır.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Polşanın payı 0,9% təşkil edib. Beləliklə, Polşa Azərbaycandan pul köçürmələri siyahısında 18-ci yerdə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Polşadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,256 milyon ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 542 min ABŞ dolları və ya 31,6% artım deməkdir.

Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Polşanın payı 0,4% təşkil edib, beləliklə Polşa dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 19-cu pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan Polşaya pul köçürmələri 2,779 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,714 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az