BANK

29 Sentyabr

Qırğızıstandan Azərbaycana pul köçürmələri 30% artıb

Cari ilin ilk 6 ayında Qırğızıstandan Azərbaycana fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 387 min dollar və ya 30% çoxdur.

Hesabat dövründə ölkə xaricindən Azərbaycana ümumi pul köçürmələrində Qırğızıstanın payı 0,3% təşkil edib.

2024-cü ilin ilk yarısında fiziki şəxslər tərəfindən Qırğızıstandan Azərbaycana pul köçürmələrinin həcmi 1,3 milyon dollar olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon dollar və ya 8,2% azdır.

Fuad Mədətov
Finss.az