Finss.az - Mərkəzi Bank ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər haqqında onların fikirlərini öyrənmək, ev təsərrüfatlarının borc yükü və onun ödənilməsi imkanları ilə bağlı informasiya əldə etmək məqsədilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirir.
Ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri məcmu tələbin əsasını təşkil etməklə inflyasiya səviyyəsinin və gözləntilərinin formalaşmasında amillərdən biri kimi çıxış edir. Digər tərəfdən borc yükü və ona xidmət göstərilməsi ev təsərrüfatlarının maliyyə dayanıqlılığı və ödəmə qabiliyyətinə təsir edir, onların istehlak və yığım qərarlarının formalaşmasında mühüm rol oynayır.
Sorğu vasitəsilə əldə edilmiş məlumatlar bir sıra makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasəti qərarlarının verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sorğu geniş respondent kütləsini əhatə etməsi məqsədilə 25.09.2025 tarixində Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Sorğunun rübdə bir dəfə olmaqla ildə 4 dəfə keçirilməsi planlaşdırılır. Bütün əhali qruplarını sorğuda fəal iştirak etməyə dəvət edirik.
Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
//e-cbar.az/Survey/Info/203
Sorğuda iştiraka dair izahedici videoçarx: