BANK

24 Sentyabr

Bu ilin ilk yarısında Azərbaycanda depozit portfelini ən çox artıran banklar - SİYAHI

Finss.az - 2025-ci ilin ilk yarımilində Azərbaycanda depozit portfeli artımında lider banklar məlum olub.

Maliyyə hesabatlarına əsasən, artım dinamikasına görə “AFB Bank” ASC birinci yerdə qərarlaşıb. Bankın depozit portfeli 30 iyun 2025-ci il tarixinə 103,5 milyon manat artaraq 77,8% yüksəlib.

Depozit portfelində artım göstəricilərinə görə top banklar

  1. AFB Bank ASC – 103,5 milyon manat (+77,8%)
  2. Bank of Baku ASC – 294 milyon 58 min manat (+49,6%)
  3. Bank VTB (Azərbaycan) ASC – 26 milyon 232 min manat (+23,0%)
  4. Bank Respublika ASC – 81 milyon 594 min manat (+6,1%)
  5. Expressbank ASC – 15 milyon 718 min manat (+6,0%)
  6. Kapital Bank ASC – 499 milyon 18 min manat (+5,6%)
  7. Azərbaycan Sənaye Bankı ASC – 24 milyon 784 min manat (+5,3%)
  8. PAŞA Bank ASC – 297 milyon 794 min manat (+4,6%)

Digər banklar

  • AccessBank QSC – 40 milyon 426 min manat (+3,9%)
  • Unibank KB ASC – 40 milyon 533 min manat (+3,4%)
  • Yelo Bank ASC – 19 milyon 611 min manat (+2,1%)
  • Rabitəbank ASC – 12 milyon 468 min manat (+1,8%)
  • Bank Melli İran, Bakı filialı – 572 min manat (+1,6%)
  • TuranBank ASC – 5 milyon 428 min manat (+1,2%)
  • Ziraat Bank Azərbaycan ASC – 1 milyon 57 min manat (+0,2%)

İlin ilk yarımilində depozit portfelinin artımında lider banklar həm yerli, həm də beynəlxalq banklar arasında bölünüb. Ən yüksək artım göstəricisi isə “AFB Bank” ASC-yə məxsusdur.

Fuad Mədətov
Finss.az