Finss.az - 2025-ci ilin payızında Azərbaycanda bir sıra banklar müştərilərinə endirim və keşbek kampaniyaları təqdim edir.
Bank kartı sahibləri “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş etdikdə, həm gündəlik alış-verişdə, həm də tərəfdaş müəssisələrdə xüsusi fürsətlərdən yararlana bilərlər.
PAŞA Bank – “Black” və “Elite” kartları
PAŞA Bankın “Black” və “Elite” kart sahibləri NFC ödənişləri ilə aşağıdakı müəssisələrdə endirimlərdən yararlana bilirlər:
- Moka Coffee – 5% endirim
- Hanzade – 10% endirim
- Bytelecom – 5% endirim
- Champion – 5% endirim
- Əjdaha Dönər – 10% endirim
- Avva – 5% endirim
- Unisa – 5% endirim
- Fiore Accessory – 15% endirim
- Cozy Coffee – 10% endirim
- Love by Veganazer – 5% endirim
Bank bildirir ki, kampaniyanın şərtləri və iştirakçı müəssisələrin tam siyahısı ilə rəsmi sayt vasitəsilə tanış olmaq mümkündür.
Xalq Bank – XalqKart
XalqKart sahibləri payız dövründə müxtəlif alış-verişlərdə keşbek imkanlarından yararlana bilərlər:
- Tərəfdaş marketlərdə 7% keşbek (kampaniya 30 dekabr 2025-ci il tarixinədək davam edir)
- Tamstore-da alış-veriş zamanı 10% keşbek
- Azpetrol yanacaqdoldurma məntəqələrində 7% keşbek
Bütün əməliyyatlar avtomatik olaraq XalqKart hesabına əlavə olunur.
Azər Türk Bank – Mastercard kampaniyası
Azər Türk Bankın Mastercard sahibi müştəriləri Starbucks-da “Apple Pay” və ya “Google Pay” vasitəsilə ödəniş etdikdə rəqəmsal möhür qazanırlar.
- 8 möhür toplandıqda müştəriyə 1 içki pulsuz təqdim olunur.
- Kampaniyaya qoşulmaq üçün Starbucks filiallarındakı QR kodunu skan etmək və ya Mastercard Telegram botu vasitəsilə loyallıq cüzdanını aktivləşdirmək kifayətdir.
Bank bildirir ki, kampaniya uzunmüddətlidir.
Kampaniyaların şərtləri və müddətləri bankdan banka fərqlənə bilər. Ən son məlumatlar üçün müvafiq bankların rəsmi saytlarını izləmək tövsiyə olunur.