2025-ci ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyası (IFC) vasitəsilə Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 2,851 milyon ABŞ dolları təşkil edib.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,242 milyon ABŞ dolları və ya 77,2% artım deməkdir. IFC-dən yatırılan investisiyaların Azərbaycana gələn birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,1% olub.
Xatırladaq ki, 2024-cü ilin ilk yarısında IFC-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,609 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına gələn birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarını keçib, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə yönəlmiş birbaşa xarici investisiyaların həcmi 1,350 milyard ABŞ dolları olub ki, bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 35,2% çoxdur.
Fuad Mədətov
Finss.az