2025-ci ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 89,493 milyon ABŞ dolları təşkil edib.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,452 milyon ABŞ dolları və ya 39,7% çoxdur. Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,8% olub.
Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında ABŞ iqtisadiyyatına 77,621 milyon ABŞ dolları sərmayə qoyub, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,960 milyon ABŞ dolları və ya 3,9 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib və ABŞ Azərbaycanın ən çox investisiya yatırımı etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında ABŞ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 64,041 milyon ABŞ dolları, Azərbaycandan həmin ölkəyə yatırılan investisiyaların həcmi isə 19,661 milyon ABŞ dolları olub. 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox təşkil edib, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.
Fuad Mədətov
Finss.az