BANK

17 Sentyabr

Builin ilk 6 ayında Azərbaycana 3,2 milyard dollar birbaşa xarici investisiya daxil olub

2025-ci ilin ilk 6 ayında Azərbaycana neft-qaz və qeyri-neft-qaz sektorunda ümumilikdə 3,2 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ölkəyə birbaşa xarici investisiyaların ən çox yatırıldığı ölkələr Birləşmiş Krallıq, Türkiyə, Kipr, İsveçrə və İrandır.

S. Nəsirov həmçinin qeyd edib ki, Azərbaycandan xaricə 3,4 milyard ABŞ dolları kapital repatriasiyası həyata keçirilib ki, bunun böyük hissəsi xam neft və təbii qaz forması ilə ixrac olunur.

AMB rəsmisi əlavə edib ki, Azərbaycan xarici iqtisadiyyata 1,349 milyard dollar həcmində birbaşa investisiya yatırıb. Onun sözlərinə görə, bu investisiyalarda ilk beş ölkə İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), ABŞ (77 milyon dollar) və Gürcüstandır (77 milyon dollar).

Fuad Mədətov
Finss.az