Yayın məhsuldar günləri hələ bitməyib. Sahibkarların yay planları üçün Unibank “Yay kampaniyası”nın müddətini avqustun 31-dək uzadıb.
Kampaniya çərçivəsində istənilən fəaliyyət sahəsində çalışan fərdi sahibkarlar üçün mikro kreditlərə 5%-dək endirim təklif olunur. Məqsəd – yay mövsümünü biznes imkanına çevirmək istəyən sahibkarlara əlavə dəstək verməkdir.
Unibank yay boyunca sahibkarların böyümə planlarını dəstəkləməkdə davam edir və sərfəli maliyyələşmə imkanları təqdim edir. İndi biznesinizi genişləndirmək üçün çox münasib vaxtdır.
İndi müraciət edin və biznesinizlə bağlı yay planlarınızı “Unibank”la reallaşdırın!
“Unibank”ın biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”,“Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, //www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank - Sənin Bankın!
