BANK

14 Avqust

Azərbaycanda dövlət xərcləri məcmu daxili tələbi dəstəkləyib

Dövlət xərcləri məcmu daxili tələbin dəstəklənməsində müsbət rol oynayıb.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi xərclər 6.5% artaraq 17.1 milyard manat, dövlət büdcəsinin cari xərcləri 7.5% artaraq 10.6 milyard manat təşkil edib.

Dövlət büdcəsi xərclərinin 61.8%-i cari xərclərə, 32.2%-i əsaslı xərclərə, 6%-i dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

2025-ci ilin I yarısında sosial müdafiə və sosial təminat xərcləri proqnoza qarşı 110.9% və ya 2.2 milyard manat səviyyəsində icra edilib.

Fuad Mədətov
Finss.az

Əlavə bax: BVF qlobal iqtisadi artımın 2025-2026-ci illər üzrə proqnozunu açıqladı