BANK

13 Avqust

2025-ci ilin I yarısında Azərbaycanda əsas kapitala 8,1 milyard manat investisiya yönləndirilib

Neft-qaz və qeyri-neft-qaz sektoru üzrə sərmayə payları

Bu ilin I yarısında Azərbaycan üzrə bütün maliyyə mənbələrindən əsas kapitala 8.1 milyard manat investisiya yönləndirilib.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində neft-qaz sektoruna 2.3 milyard manat, qeyri-neft-qaz sektoruna 5.8 milyard manat investisiya qoyuluşu olub. Qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyanın 1.2 milyard manatı qeyri-neft-qaz sənayesi sahəsində istifadə edilib.

Investisiyaların 49.1%-i dövlət, 50.9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən təmin olunub. Sərmayə qoyuluşunun 78.2%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75.2%-ni təşkil edib.

Ümumi sərmayənin 50.4%-i məhsul istehsalı sahələrinin, 33.1%-i xidmət sahələrinin, 16.5%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (43.1%)tikinti (22.5%) sahələri təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələrində büdcə vəsaitlərinin payı ötən ilin eyni dövrünə nisbətən 3.5% artıb.

Fuad Mədətov
Finss.az