2025-ci ilin I yarısında daxili istehlak göstəriciləri
2025-ci ilin I yarısında daxili istehlakın artımı məcmu tələbə əhəmiyyətli təsir göstərib.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin I rübündə nominal ÜDM-nin tərkibində:
- Ev təsərrüfatlarının son istehlak xərcləri 58,2% (ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz bəndi artım)
- Dövlət idarələrinin son istehlak xərcləri 15% (ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz bəndi artım) təşkil edib
Hesabat dövründə:
- Ev təsərrüfatlarının son istehlak xərcləri nominal ifadədə 8,26% artıb
- Dövlət idarələrinin son istehlak xərcləri isə 12,51% artıb
2025-ci ilin I yarısında əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,1% artaraq 37,7 milyard manat olub. Qeyri-dövlət mülkiyyəti üzrə ümumi dəyər isə 36,2 milyard manat təşkil edib, bu da ötən ilin eyni dövrünə nisbətən 4,9% artım deməkdir.
İstehlak bazarında formalaşan ümumi dəyərin bölüşdürülməsi:
- 78,5% pərakəndə ticarət dövriyyəsi
- 18,2% ödənişli xidmətlər
- 3,3% ictimai iaşə dövriyyəsi
Fuad Mədətov
Finss.az
Əlavə bax: 2025-ci ildə ÜDM artımı 3%, qeyri-neft-qaz sektoru 4,2% proqnozlaşdırılır - AMB