BANK

04 Avqust

Azərbaycan banklarının sənaye sahəsinə biznes kreditləri 2,69 milyard manata çatıb

2025-ci ilin iyulun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verdiyi biznes kredit portfeli 2,688 milyard manat təşkil edib.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, sənaye sahəsi üzrə kredit portfeli aylıq müqayisədə 19,9 milyon manat (0,7%) artıb, amma ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon manat (1,7%) azalıb.

2025-ci ilin iyunun 1-nə sənaye sahəsi üzrə biznes kreditlərin məbləği 2,668 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 2,734 milyard manat olub.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,472 milyard manat təşkil edib. Onun 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri olub.

Fuad Mədətov
Finss.az