2025-ci ilin iyunun sonuna Azərbaycanda rezident maliyyə institutları tərəfindən emissiya edilmiş “Visa” kartları vasitəsilə əməliyyatların sayı 127,831 milyon ədəd, əməliyyatların həcmi isə 7,4 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayında 36,8 milyon ədəd və ya 1,4 dəfə, əməliyyatların həcmi isə 1,8 milyard manat və ya 31,6% artımı əks etdirir.
Eyni zamanda, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” kartları ilə aparılan əməliyyatların sayı 1,023 milyon ədəd, əməliyyatların həcmi isə 89,8 milyon manat olub. Bu da müvafiq olaraq 252 min ədəd (1,3 dəfə) və 15,5 milyon manat (20,9%) artımı göstərir.
Qeyd edək ki, rezident institutların emissiya etdiyi kartlarla əməliyyatlar ölkə daxilində fəaliyyət göstərən bank və maliyyə qurumlarının verdiyi kartlarla edilən əməliyyatları, qeyri-rezident institutların emissiya etdiyi kartlarla əməliyyatlar isə xarici ölkələrdə verilmiş kartlarla Azərbaycanda aparılan əməliyyatları ifadə edir.
Fuad Mədətov
Finss.az