2025-ci ilin iyulun 1-nə Azərbaycanda banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 57,1 milyon manat təşkil edib.
Finss.az Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 milyon manat və ya təqribən iki dəfə çoxdur.
Həmçinin, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 67,8 milyon manat olub ki, bu da əvvəlki ilin göstəricisinə nisbətən 7,5 milyon manat və ya 12,4% artım deməkdir.
Banklar tərəfindən verilən ipoteka kreditlərinin orta məbləği iyulun 1-nə 64 774 manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2 165 manat və ya 3,5% çoxdur. Kreditlərin orta faiz dərəcəsi isə 6,36% olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə demək olar ki, eynidir (6,34%).
Aylıq ödəniş məbləği də artaraq 2024-cü ilin iyulun 1-də 444,2 manatdan 2025-ci ilin eyni dövründə 461 manata yüksəlib. Bu da illik müqayisədə 16,8 manat və ya 3,8% artımı göstərir.
Fuad Mədətov
Finss.az