2025-ci ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi 3,202 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici may ayının sonu ilə müqayisədə 12,4 milyon manat və ya 0,4% artım deməkdir. May ayında mikro sahibkarlara verilən kreditlərin həcmi 3,190 milyard manat olub.
Qeyd edək ki, 2025-ci ilin iyun sonuna ölkədə bankların biznes kredit portfeli 15,144 milyard manat təşkil edib.
Həmçinin, 1 iyul 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 184,4 minə çatıb. Mikro sahibkarlıq ölkə üzrə kommersiya təşkilatlarının 91,4%-ni təşkil edir.
Mikro sahibkarlıq subyektlərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:
- Ticarət və nəqliyyat vasitələrinin təmiri — 35%
- Digər sahələrdə xidmətlərin göstərilməsi — 11,3%
- Tikinti — 9,2%
- Peşə, elmi və texniki fəaliyyət — 7,8%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq — 6,5%
Fuad Mədətov
Finss.az