BANK

29 İyul

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bank əmanətləri artıb

2025-ci ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 98,556 milyon manat olub.

Bu barədə Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay öncə ilə müqayisədə 6,973 milyon manat və ya 7,6%, 2024-cü ilin iyunun 1-i ilə müqayisədə isə 2,986 milyon manat və ya 3,1% artıb.

Eyni dövrdə Şərqi Zəngəzur iqtisadi rayonunda banklara qoyulmuş əmanətlərin həcmi 719 min manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 56 min manat və ya 8,4% artım deməkdir.

Ölkə üzrə regionlarda cəlb olunmuş əmanətlərin ümumi həcmi 15,437 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 374 milyon manat və ya 2,5%, illik müqayisədə isə 1,256 milyard manat və ya 8,9% artım deməkdir.

Fuad Mədətov
Finss.az