BANK

24 İyul

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14%-ə yaxın artıb

2025-ci ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30,188 milyard manat təşkil edib.

Finss.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu göstərici may ayı ilə müqayisədə 290 milyon manat (1%), 2024-cü ilin iyunun 1-i ilə müqayisədə isə 3,7 milyard manat (13,9%) artım deməkdir.

Kredit qoyuluşunun 7,4 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 84,9 milyon manat (1,2%), illik müqayisədə isə 956,9 milyon manat (14,8%) artım deməkdir.

Özəl bankların kredit qoyuluşu isə 20,98 milyard manat olub, may ayına nisbətən 205,1 milyon manat (1%), illik müqayisədə isə 2,3 milyard manat (12,1%) artıb.

Qeyri-bank kredit təşkilatlarının payı isə 1,802 milyard manatdır, bu göstərici aylıq müqayisədə stabildir, illik müqayisədə isə 462,2 milyon manat (34,5%) artım qeydə alınıb.

Ümumilikdə, dövlət banklarının kredit qoyuluşundakı payı 24,5%, özəl bankların payı 69,5%, bank olmayan kredit təşkilatlarının payı isə 6% təşkil edir.

Fuad Mədətov
Finss.az