BANK

23 İyul

Azərbaycanın strateji valyuta ehtiyatları rekord səviyyəyə çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin sonlarına doğru 9,4% artaraq tarixi maksimum həddə – 77,7 milyard ABŞ dollarına yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

T.Kazımovun sözlərinə görə, hazırda AMB-nin valyuta ehtiyatları 11,2 milyard dollar həcmindədir.

Fuad Mədətov
Finss.az