BANK

23 İyul

Maliyyə Nazirliyinin depozit hərracları bank sektorunun likvidliyini artırır - AMB

2025-ci ilin iyun ayında qısamüddətli pul bazarı faizləri stabilliyini qoruyub və Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində hərəkət edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyun ayında AZIR indeksinin orta günlük səviyyəsi 7,03%, iyulun ilk dövründə isə 7,15% təşkil edib.

Maliyyə Nazirliyinin depozit hərracları bank sektorunun likvidliyini artırmağa davam edir, Mərkəzi Bank isə sterilizasiya əməliyyatları vasitəsilə likvidliyi effektiv şəkildə idarə edir.

2025-ci ilin ilk 6 ayında təminatsız pul bazarında əməliyyatların həcmi 26%, əməliyyatların sayı isə 55% artıb.

Fuad Mədətov
Finss.az