BANK

11 İyul

Bankın aktivləri 7,8% artıb

Finss.az - “Bank Melli İran”ın Bakı filialı 2025-ci ilin ilk yarımilliyinə dair maliyyə nəticələrini açıqlayıb.

Bankın aktivləri 7,8% artaraq 123,8 milyon manata çatıb. Öhdəliklər və depozit portfeli də müsbət dinamika göstərərək müvafiq olaraq 1,9% və 1,5% artıb. Balans kapitalı isə 17% yüksələrək 52,2 milyon manata çatıb.

Bank aprelin 29-dan fəaliyyətini bərpa edib və artıq əmanət qəbulu, kreditləşmə xidmətlərini yenidən həyata keçirir. 

Azərbaycanla İran arasında ticarət əlaqələri sürətlə inkişaf edir və 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 647 milyon dolları ötüb. İki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi bankın gələcək fəaliyyətinə əlavə imkanlar yaradır.