BANK

09 İyul

UniCredit, Commerzbank-da 20% pay sahibi oldu

Finss.az - İtaliyanın aparıcı bankı UniCredit, törəmə alətləri səhmlərə çevirdikdən sonra Almaniyanın ikinci ən böyük bankı olan Commerzbank-da 20%-lik pay əldə edib.

Beləliklə, UniCredit bu bankda ən iri səhmdar statusuna yiyələnib.

Bankdan verilən açıqlamaya əsasən, yaxın gələcəkdə qalan törəmə alətlərin səhmlərə çevrilməsi ilə UniCredit-in payı təxminən 29%-ə çatacaq. Bu plan Avropa Mərkəzi Bankı, ABŞ Federal Ehtiyat SistemiAlmaniyanın antiinhisar qurumları tərəfindən artıq təsdiqlənib.

Commerzbank nümayəndələri UniCredit-in bu addımının banka əvvəlcədən bildirilmədiyini, lakin bunun inkişaf strategiyasına təsir göstərməyəcəyini vurğulayıblar.

UniCredit-in rəhbəri Andrea Orçel, bankın gələcəkdə Commerzbank-ı tamamilə ələ keçirmə ehtimalını istisna etməyib. Lakin o bildirib ki, bu cür addım ən tez 2027-ci ildən sonra mümkün ola bilər. Almaniya hökuməti isə belə bir birləşməyə qarşı çıxır.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu yana Commerzbank-ın bazar dəyəri iki dəfəyə yaxın artaraq 33,9 milyard avroya yüksəlib.