BANK

09 İyul

İKZF-nin 2005-ci ildən bugünədək hər ili mənfəətlə başa vurub

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri bu ilin iyulun 1-nə olan məlumata görə 4,2 milyard manata çatıb.

Finss.az xəbər verir ki, bu barədə Fondun baş meneceri Rasim Abdullayev məlumat verib. Onun sözlərinə görə, Fondun məcmu kapitalı hazırda 1,28 milyard manatdır.

“2005-ci ildən fəaliyyətə başladığımız gündən etibarən Fond hər ili mənfəətlə başa vurub. İndiyədək topladığımız cəmi mənfəət 172,1 milyon manat təşkil edir”, – deyə o bildirib.

Rasim Abdullayev əlavə edib ki, Fondun dövriyyədə olan istiqrazlarının ümumi həcmi 2 milyard 382 milyon manata bərabərdir. 2009-cu ildən bu günədək bu istiqrazlar üzrə 982,6 milyon manatlıq öhdəlik yerinə yetirilib. İstiqraz sahiblərinə isə bu müddət ərzində 312,8 milyon manat məbləğində faiz ödənişləri olunub.

Fuad Mədətov
Finss.az