Finss.az - Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard açıqlayıb ki, hazırkı faiz dərəcələri uyğun səviyyədədir və bank inflyasiyanın 2% hədəf səviyyəsində saxlanmasına qətiyyətlidir.
Laqard vurğulayıb ki, qiymət sabitliyi EKB-nın əsas prioritetidir və mərkəzi bank iqtisadi mühitdəki qeyri-müəyyənliklərə baxmayaraq inflyasiya ilə bağlı sabitlik təmin edəcək.
2024-cü ilin iyunundan bəri EKB faiz dərəcələrini 8 dəfə azaldıb, lakin gözləntilərə görə, bu ay keçiriləcək növbəti iclasda faiz dərəcələri dəyişməyəcək. İqtisadçılar ilin sonuna qədər bir daha faiz endiriminin mümkünlüyünü istisna etmirlər.
Laqard həmçinin Avropanın iqtisadi potensialını vurğulayaraq, avronun ABŞ dollarını qabaqlayaraq əsas qlobal rezerv valyutası olma potensialını qeyd edib və siyasətçiləri regionun iqtisadi gücünün möhkəmləndirilməsinə çağırıb.