BANK

02 İyul

AYİB-in Azərbaycandakı layihə portfeli 991 milyon avro təşkil edib

2025-ci ilin may ayının sonuna olan məlumatlara əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 991 milyon avro həcmindədir.

Bu barədə Finss.az AYİB-in məlumatlarına istinadən xəbər verir.

Portfelin 89%-i — 886 milyon avro dayanıqlı infrastruktur layihələrinə, 5%-i — 50 milyon avro korporativ sektor layihələrinə, 6%-i isə — 56 milyon avro maliyyə institutlarına yönəldilib.

AYİB-in həmin layihələrdə iştirak payı 1% təşkil edir, əməliyyat aktivlərinin ümumi dəyəri isə 717 milyon avro qiymətləndirilir. Ümumilikdə, portfelin 38%-i özəl sektorun payına düşür.

Qeyd edək ki, AYİB Azərbaycanda fəaliyyətə başladığı dövrdən etibarən 198 layihəyə ümumilikdə 3,783 milyard avro investisiya yatırıb.

Fuad Mədətov
Finss.az