Azərbaycanda bank sektorunda depozitlərin manatlaşma əmsalı ümumilikdə 41,7% təşkil etsə də, fiziki şəxslər üzrə bu göstərici daha aşağı – 33,7% səviyyəsindədir.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.
O, həmçinin qeyd edib ki, bank sektorunun kapital mövqeyi də möhkəmlənməkdə davam edir. Belə ki, bankların ümumi balans kapitalı illik müqayisədə 10,4% artaraq 7 milyard manat həddinə çatıb.
Fuad Mədətov
Finss.az