2025-ci ilin əvvəlindən etibarən Azərbaycanda biznes kreditlərinin artımı iki rəqəmli səviyyədə qalaraq 11% təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev məlumat verib.
O bildirib ki, hazırda real sektora verilmiş kreditlərin ümumi həcmi 15 milyard manat təşkil edir və bu da ölkənin ümumi kredit portfelinin 53%-dən çoxunu əhatə edir.
Z.Nuriyevin sözlərinə görə, bu dinamika bank sektorunun iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə fəallığını göstərir və iqtisadi artıma töhfə verən əsas amillərdən biri kimi qiymətləndirilir.
Fuad Mədətov
Finss.az