Bu gün uğurlu fəaliyyət göstərən maliyyə institutları artıq ənənəvi qurumlardan fərqli olaraq texnoloji şirkətlərə çevrilir və rəqəmsal biznes idarəetməsinə üstünlük verirlər.
Finss.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü və sədr müavini Vüsal Xəlilov “FINTEX SUMMIT 2025” tədbirində səsləndirib.
V.Xəlilov bildirib ki, uğurlu ölkə təcrübələrinin təhlili göstərir ki, maliyyə sektorunda müvəffəqiyyətin əsas iki amili insan potensialı və beynəlxalq standartların tətbiqidir.
Fuad Mədətov
Finss.az