2025-ci ilin ilk üç ayı ərzində Azərbaycan Çin iqtisadiyyatına 5,280 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,193 milyon dollar və ya 60,7 dəfə çoxdur.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu artım fonunda Çinə yönəlmiş investisiyaların ümumi birbaşa xarici sərmayələrdəki payı da 1,7 faizə yüksəlib.
Əlavə olaraq, hesabat dövründə Çindən Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa investisiyaların xüsusi çəkisi isə 0,5 faiz olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycandan xaricə yönəldilən ümumi birbaşa investisiyalar 315,116 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 15,335 milyon dollar və ya 4,6 faiz azdır.
Fuad Mədətov
Finss.az