BANK

20 İyun

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi açıqlanıb

2025-ci ilin birinci rübündə Beynəlxalq Maliyyə Korporasiyasından Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,347 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 262 min ABŞ dolları və ya 16,3% azalıb.

Hesabat ilində Azərbaycana cəlb olunmuş ümumi birbaşa xarici investisiyalarda Beynəlxalq Maliyyə Korporasiyasının payı 0,1% olub.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə həmin korporasiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 1,609 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,519 milyard ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,456 milyon dollar və ya 0,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az