BANK

19 İyun

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 1,18 milyard dollar artıb

2025-ci ilin birinci rübündə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 179,6 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə aktivləri 463,9 milyon ABŞ dolları azalmışdı.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, rüblük artım xaricə yönəldilmiş birbaşa investisiyaların 144,1 milyon ABŞ dolları azalması (ötən ilə nisbətən 12,1 dəfə çox), portfel investisiyalarının 629,2 milyon ABŞ dolları artması (143 dəfə çox) və digər investisiyaların 694,5 milyon ABŞ dolları artması sayəsində reallaşıb.

Fuad Mədətov
Finss.az