BANK

19 İyun

Hüquqi şəxslərə və fərdi sahibkarlara təminatsız 300 min manatadək kredit imkanı

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün təminatsız və tam onlayn şəkildə təqdim olunan “Sürətli kredit” məhsulunu istifadəyə verib.

Finss.az xəbər verir ki, bu kredit növü banka getmədən, cəmi 1 iş günü ərzində əldə edilə bilər.

Kredit məbləği 300 000 AZN-dək müəyyən olunur, müddəti isə 12, 18 və ya 24 ay təşkil edir. İllik faiz dərəcəsi 12%-dən başlayır və kredit yalnız Azərbaycan manatı (AZN) ilə verilir. Kreditin təyinatı dövriyyə vəsaiti və ya yenidən maliyyələşdirmə üçün nəzərdə tutulub.

“Sürətli kredit”in üstünlükləri arasında girovsuz (təminatsız) olması, 7/24 müraciət imkanı, hesab açmadan sifariş vermək imkanı və kreditin qısa müddətdə verilməsi xüsusilə qeyd olunur.

Müraciət edən hüquqi şəxslərdən və fərdi sahibkarlardan aşağıdakı sənədlər tələb olunur:

  • Dövlət reyestrindən çıxarış (hüquqi şəxslər üçün)
  • Şirkətin nizamnaməsi (hüquqi şəxslər üçün)
  • Mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi (hüquqi şəxslər və fərdi sahibkarlar üçün)
  • Digər banklardakı hesablar üzrə son 12 ayın çıxarışları
  • Digər sənədlər: şəxsi hesab vərəqəsi, ƏDV sub-hesabdan çıxarış, biznes obyektlərinin icarə müqavilələri və fotoşəkilləri, şirkətə və ya sahibinə məxsus şəxsi əmlak sənədləri

Bu məhsul, operativ maliyyələşməyə ehtiyacı olan biznes sahibləri üçün əlverişli həll yolu təqdim edir.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/biznes-kreditleri/suretli-kredit?id=5

Fuad Mədətov
Finss.az