BANK

19 İyun

Çıxarışsız mənzillərin alınması üçün daxili ipoteka krediti təklif olunur

Kapital Bank yeni tikili binalarda çıxarışsız mənzillərin alınması üçün, digər çıxarışlı daşınmaz əmlakın təminatı ilə bankın daxili vəsaiti hesabına ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu ilə minimum 20 000 manat, maksimum isə 250 000 manat (partnyor şirkətlərdə 500 000 manatadək) məbləğində maliyyələşmə mümkündür. İlkin ödəniş rəsmi gəlir olduqda 15%-dən, digər gəlir mənbələri və ya birgəborcalanla müraciət halında isə 30%-dən başlayır.

İllik faiz dərəcəsi kreditin müddətindən asılı olaraq dəyişir: 3 ilədək 16.5%, 5 ilədək 17.5%, 10 ilədək 18% və 20 ilədək 18.5% təşkil edir. Kredit üzrə ödənişlər annuitet üsulla – bərabər aylıq ödənişlərlə həyata keçirilir. Təminat kimi təqdim edilən daşınmaz əmlak regionda yerləşdikdə və ya fərdi yaşayış evi, bağ evi və villa olduqda ilkin ödəniş tələbi daha yüksək müəyyən olunur. Eyni zamanda, təqdim edilən əmlakın dəyəri də ilkin ödənişə təsir edə bilər.

Kreditə görə 1% komissiya haqqı tətbiq olunur. Qeyd edək ki, partnyor tikinti şirkətlərində şərtlər fərqli ola bilər.

Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/internal/item/2

Fuad Mədətov
Finss.az