BANK

17 İyun

Peşə fəaliyyətində olanlar üçün girovsuz və zaminsiz kredit imkanı

Kapital Bankın peşə kreditləri peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Finss.az xəbər verir ki, bu kreditlər mövcud işinizi sərfəli ödəmə şərtləri və aşağı faiz dərəcələri ilə inkişaf etdirməyə imkan verir. Kredit məbləği 1 000-dən 30 000 AZN-dək, illik faiz dərəcəsi isə 20%-dən başlayır. Kredit müddəti 36 aya qədər, ödəniş növü annuitetdir.

Müştərilər yaşayış yerinə vizit olmadan, girovsuz və zaminsiz kredit əldə edə bilərlər. Kapital Bankın geniş filial şəbəkəsi vasitəsilə ən yaxın filialda xidmət almaq mümkündür. Kredit üçün yaş həddi 20-dən yuxarı olmalı, VÖEN sahibi olmalı və ən azı 12 aylıq peşə fəaliyyətinə malik olmalıdır.

Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/mikro-biznes-kreditleri/pese-krediti

Fuad Mədətov
Finss.az