BANK

17 İyun

5 min manatdan 200 min manata qədər avtomobil krediti imkanı təqdim olunur

 

Kapital Bank avtomobil krediti təklifini təqdim edib.

Finss.az xəbər verir ki, avtomobil krediti ilə arzuladığınız avtomobili rahatlıqla əldə etmək mümkündür. Kreditin məbləği 5 000 manatdan başlayaraq 200 000 manata qədər ola bilər. Kredit müddəti minimum 12 ay, maksimum isə 59 ay təşkil edir. İlkin ödəniş 10%-dən başlayır.

Ödəniş növü olaraq annuitet – yəni aylıq bərabər ödənişlər tətbiq olunur. İllik faiz dərəcəsi 12%-dən başlayır, lakin ümumi kredit öhdəliklərinə görə dəyişə bilər. Kreditə 0,5% komissiya tətbiq edilir.

Bank həmçinin minimal ilkin ödəniş və aylıq kredit ödənişi 0 manat olan kampaniya şərtlərini də təqdim edir.

Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/avtomobil-krediti

Fuad Mədətov
Finss.az