Xalq Bank hər bir müştərinin tələbatına uyğun olaraq 150 000 manatadək istehlak krediti təqdim edir.
Finss.az xəbər verir ki, kredit məhsulu təminatsız, zaminli, daşınmaz əmlak və avtonəqliyyat vasitəsi girovu əsasında təklif olunur. Təminatsız kreditlər üçün maksimal məbləğ 5 000 AZN, zaminliklə 20 000 AZN, girov təminatı ilə isə 150 000 AZN-dək maliyyə dəstəyi mümkündür.
Faiz dərəcəsi illik 12-18% arasında dəyişir, müddət isə maksimum 59 aya qədər uzanır. Kreditin rəsmiləşdirilməsində 0.5% komissiya tətbiq olunur (minimum 20 AZN, maksimum 1000 AZN). Kreditlər annuitet ödəniş üsulu ilə verilir və tələbə uyğun olaraq sığorta şərtləri də tətbiq olunur.
Müştərinin yaşı 20-70 arasında olmalı, son iş yerində isə azı 6 ay stajı olmalıdır.
Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/istehlak/esas-sertler
Fuad Mədətov
Finss.az