Unibank KB ASC müştərilərə kredit xətti xidmətini təqdim edir və filiala getmədən, bir neçə saniyə ərzində onlayn olaraq kredit xəttini aktivləşdirmək imkanı yaradır.
Finss.az xəbər verir ki, kredit xətti müddəti 35 ayadək, maksimal məbləği isə 15 000 AZN-dir. Xidmətin əsas üstünlüklərindən biri 40 günədək faizsiz kredit imkanıdır.
Kredit xətti rəsmi gəliri olan şəxslər və təqaüdçülər üçün nəzərdə tutulub. 18 yaşdan yuxarı şəxslər, təkcə şəxsiyyət vəsiqəsi ilə, Unibank filiallarına getmədən, onlayn şəkildə bu xidməti aktivləşdirə bilərlər. Kredit xəttinin limitini müştəri özü təyin edir və ehtiyac olduqda kreditdən istifadə edə bilir. Həmçinin, kredit məbləği dərhal UCard kartına köçürülür və bayram, qeyri-iş günlərində də müraciət etmək mümkündür.
Unibank-ın kredit xətti gözlənilməz maliyyə ehtiyaclarında sürətli və rahat dəstək təqdim edir. Sadə prosedur, müraciətin tez cavablandırılması və ödənişlərin müştərinin maddi vəziyyətinə uyğunlaşdırılması bu xidmətin əsas üstünlükləridir.
Kredit xəttini açmaq üçün UBank mobil tətbiqini yükləmək, UCard sifariş etmək və UCard üzərindən “Kredit xətti”ni aktivləşdirmək kifayətdir. Unibank bu xidmətlə müştərilərinə rahatlıq, sərbəstlik və maliyyə təhlükəsizliyi təmin edir.
Ətraflı məlumat üçün: //unibank.az/az/loans/view/203/kredit_xetti
Fuad Mədətov
Finss.az