BANK

12 İyun

Kart istifadəçiləri 3 000 AZN-dək kredit xəttindən faydalana bilirlər

AccessBank müştərilərinə gündəlik ehtiyaclarını rahat şəkildə qarşılamaq üçün OK Kart məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, artıq paltaryuyan maşından tutmuş mobil telefona qədər bütün alışlarını 0% kreditlə, 30 günədək komissiyasız şəkildə həyata keçirmək mümkündür.

Kartı əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi kifayətdir – əlavə sənədə, iş yerindən arayışa ehtiyac yoxdur. Müştərilər 3 000 AZN-dək kredit xəttindən yararlana və minimal əməkhaqqı ilə alış-veriş edə bilərlər.

OK Kart həmçinin seçilmiş kateqoriyalar üzrə 7%-dək keşbək təqdim edir, bu isə istifadəçilərə hər alışda real qazanc imkanı yaradır. Sabit komissiya sistemi sayəsində isə kredit ödənişlərini əvvəlcədən hesablamaq asandır.

Ətraflı məlumat üçün: //www.accessbank.az/az/private/creditcard/ok-kart/

Fuad Mədətov
Finss.az