İyun ayında şəhərin səs-küyündən uzaqlaşıb təbiət qoynunda istirahət etmək istəyənlər üçün İsmayıllı-Qəbələ turuna start verildi. Turun qiyməti 25 manatdan başlayır və 1 günlük səfəri əhatə edir.
Finss.az xəbər verir ki, səfər zamanı iştirakçılar Aşıqbayramlı gölündə təbiət mənzərələrinin dadını çıxaracaq, Qəbələnd əyləncə mərkəzində adrenalin dolu anlar yaşayacaq, Nohurgölün sahilində dincələcək və Qəbələnin məşhur 7 Gözəl Şəlaləsini ziyarət edəcəklər.
Tur paketinə nəqliyyat, ekskursiyalar, bələdçi xidməti və yolboyu əyləncəli proqram daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur. Tur iyunun 6-dan 30-na qədər hər gün təşkil olunur.
Səyahətə qoşulmaq istəyənlər səhər saat 06:30-da Gənclik metrosu qarşısında toplanır və axşam saatlarında Bakıya geri dönürlər. 5 yaşa qədər uşaqlar üçün iştirak ödənişsizdir.
Turu HARMONY TRAVELS təşkil edir. Əlavə məlumat üçün (055) 321 84 21 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az